Arteta cəzalandı
“Arsenal” Premyer Liqanın növbəti oyununa baş məşqçisiz çıxacaq. London klubunun çalışdırıcısı Mikel Arteta cəzalı duruma düşüb.
Mütəxəssis mövsümdə üçüncü dəfə sarı vərəqə ilə cəzalandığı üçün növbəti turu buraxacaq. O, “Luton Taun”la qarşılaşmada xəbərdarlıq alıb. Arteta “Aston Villa” ilə görüşdə texniki zonada olmayacaq.