“Arsenal”ı dayandıran tapıldı
“Arsenal”ın məğlubiyyətsizlik seriyası qırılıb. London klubu ötən ilin noyabrından sonra ilk dəfə uduzub.
“Topçular” İngiltərə kubokunun 4-cü mərhələsində “Mançester Siti”yə məğlub olub – 0:1. “Arsenal” sonuncu dəfə noyabrın 9-da “Brayton”a uduzmuşdu – 1:3. Bu matç Liqa kubokunda baş tutub.
Londonlular sonrakı 7 qarşılaşmada 6 qələbə qazanıb və 1 heç-heçə edib.