Arif Əsədov: “Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq”

Arif Əsədov: “Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq”

FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək Azərbaycan – Monqolustan oyunundan öncə mətbuat konfransı təşkil edilib. Millimizin məşqçisi Arif Əsədov görüş barədə fikirlərini açıqlayıb.

“İlk növbədə xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edirəm. Martın 18-də 24 futbolçu ilə toplanışa başladıq. Təəssüf ki, Aleksey İsayevin zədəsi ciddi olduğu üçün millidən ayrıldı. O, təcili əməliyyat olunmalıdır. Bildiyiniz kimi, heyətə yeni futbolçular da cəlb etmişik. Çalışacağıq ki, onlardan da istifadə edək. Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq. Bəzi taktiki gedişlərdən istifadə edəcəyik. Ola bilər, matçlara fərqli taktiki gedişlərlə çıxaq”.

Qeyd edək ki, oyun martın 22-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Real”dan Lunin qərarı

Növbəti yazı

Bəhlul Mustafazadə: “2 matçda da qələbə qazanmağa çalışacağıq”