Argentinanın seriyası qırıldı

Argentinanın seriyası qırıldı

DÇ-2022-nin ilk turunda Səudiyyə Ərəbistanı ilə qarşılaşan Argentina millisinin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Cənubi Amerika təmsilçisi Qətərdə keçirilən dünya çempionatının ilk oyununda 1:2 hesabı ilə məğlub olub.

Bununla da Lionel Skaloninin yetirmələri dünya rekordunu təkrarlamaq şansını qaçırıb. Bu yenilgi argentinalıların 36 matçlıq məlubiyyətsizlik seriyasına son qoyub. Bununla Lionel Messi və komanda yoldaşları rekordçu İtaliyanın 37 oyunluq uğurunu təkrarlaya bilməyib.

Qeyd edək ki, Argentina yığması buna qədər sonuncu dəfə 2019-cu ildə Braziliyaya 0:2 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

DÇ-2022-də ilk sensasiya: Argentina uduzdu

Növbəti yazı

“Ağ-qırmızılar”ın matçında qolsuz sülh