“Ağ-qırmızılar”ın matçında qolsuz sülh
Dünya çempionatının 1-ci turunun növbəti görüşləri keçirilir. Günün ikinci matçında Danimarka və Tunis milliləri qarşılaşıb.
Oyun qarşılıqlı hücumlarla başlayıb. Görüşün ilk hissəsində afrikalılar bir neçə qol vəziyyəti yaratmağı bacarıb. Lakin bu epizodlar məntiqi sonluqla tamamlanmayıb. İkinci yarı isə əksinə, avropalıların üstünlüyü ilə keçib. Ardıcıl hücumlar təşkil edən Danimarka futbolçuları fərqlənə bilməyib. Sonluqla hər iki komanda qol vurmaq üçün irəli atılsa da, bu, mümkün olmayıb – 0:0.
Qeyd edək ki, qrupun digər matçı Fransa və Avstraliya milliləri arasında oynanılacaq. Görüş 23:00-da start götürəcək.