Argentinadan inamlı qələbə

Argentinadan inamlı qələbə

Qətərdə keçirilən DÇ-2022-də yeddinci oyun gününə yekun vurulub. Günün son matçında Argentina və Meksika üz-üzə gəlib.

C qrupunda II turun son oyunu Lionel Messi və komandasının üstünlüyü ilə keçib. Lakin argentinalılar yalnız ikinci hissədə şimali amerikalıların müqavimətini qıra bilib.

Messinin cərimə meydanı xaricindən endirdiyi zərbə qarşısıalınmaz olub. Matçın sonlarında isə Entso Fernandeş fərqlənib – 2:0. Bu inamlı qələbə cənubi amerikalılara ilk 3 xalı qazandırıb.

Qeyd edək ki, turun digər görüşündə Polşa Səudiyyə Ərəbistanının 2:0 hesabı ilə məğlub edib. İki turdan sonra Polşanın 4, Argentina və Səudiyyə Ərəbistanının hərəyə 3, Meksikanın 1 xalı var.

ETOPAZ

Əvvəlki yazı

Messi Maradonanın rekordunu təkrarladı

Növbəti yazı

İspaniya Almaniyaya, Xorvatiya autsayderə qarşı