Argentina üçün son şans, Fransa 1/8 finalın bir addımlığında
Qətərdə təşkil olunan DÇ-2022-nin yeddinci oyun günündə 4 matç keçiriləcək. Qrup mərhələsinin II turunda daha 8 komanda meydana çıxacaq.
C və D qruplarında qarşılaşmalar baş tutacaq. Səudiyyə Ərəbistanı lideri olduğu C qrupunda Polşa ilə üz-üzə gələcək. Asiyalılar qələbə qazansa, adını 1/8 finala yazdıracaq.
Mundiala sürpriz məğlubiyyətlə başlayan Argentina Meksika ilə görüşəcək. Lionel Messi və komandası uduzsa, 1/8 final şansını itirəcək.
D qrupunda turun ilk görüşündə Tunis Avstraliyanı qonaq edəcək. “Yaşıl qitə” təmsilçisi xal qazanmasa, qrupda qalacaq.
Son dünya çempionu Fransa Danimarka ilə görüşəcək. Didye Deşamın yetirmələri qələbə ilə adını 1/8 finala yazdıra bilər.
DÇ-2022
Qrup mərhələsi
II tur, 26 noyabr
D qrupu
14:00. Tunis – Avstraliya
“Al Janub” stadionu
C qrupu
17:00. Polşa – Səudiyyə Ərəbistanı
“Edyukeyşn Siti” stadionu
D qrupu
20:00. Fransa – Danimarka
Stadion 974
C qrupu
23:00. Argentina – Meksika “Lusail” stadionu