Argentina rekorda yaxınlaşır

Argentina rekorda yaxınlaşır

Argentina millisi növbəti yoldaşlıq görüşünü keçirib. Yamayka üzərində 3:0 hesablı qələbə qazanan Cənubi Amerika təmsilçisi uğurlu seriyasını davam etdirib.

Lionel Skaloninin kollektivi bununla məğlubiyyətsiz oyunlar seriyasını 35-ə çatdırıb. “Tanqoçular” sonuncu dəfə 2019-cu ilin iyununda Amerika Kubokunun yarımfinalında Braziliyaya (0:2) yenilib. Argentinanı indi dünya rekordundan cəmi 2 oyun ayırır. Çünki rekord 2018-2021-ci illər aralığında 37 görüşdə uduzmayan İtaliya yığmasına məxsusdur.

ETOPAZ

Əvvəlki yazı

Millinin baş məşqçisi postunda qalacaq

Növbəti yazı

Messi üçüncü sıraya yüksəldi