Argentina millisinin baş məşqçisi: “Ardıcıl üç oyun keçirmək yorucudur”
Daha bir komandanın baş məşqçisi təqvimin sıxlığından şikayətlənib. Bu dəfə Argentina millisinin çalışdırıcısı Lionel Skaloni yığmaların oyun cədvəlindən narazılıq edib. Peru ilə görüşü (1:0) şərh edən mütəxəssis Cənubi Amerika yığmalarının DÇ-2022-nin seçmə mərhələsində ardıcıl üç oyun keçirilməsini düzgün saymır:
“Çox vacib oyun olduğu üçün gərginlik var idi. Nəticədən razı qaldığımızı düşünmürəm. Peru millisi çətin rəqibdir. Bu gün özümüzü bir az yorğun hiss edirdik. Cənubi Amerikada ardıcıl üç oyun keçirmək yorucudur”.