Argentina millisində vida
Argentina millisinin baş məşqçisi Lionel Skaloni postunu tərk etməyə hazırlaşır. 45 yaşlı mütəxəssis gələn il keçiriləcək Amerika Kubokundan sonra milli komanda ilə vidalaşacaq.
O, DÇ-2026-nın seçmə mərhələsində Braziliya millisini məğlub etdikdən (1:0) sonra gələcəyini düşünəcəyini demişdi. Beləliklə, 2018-ci ildən Argentina millisinə rəhbərlik edən Skaloni daha bir yarışda yığmanın sükanı arxasında olacaq.