Argentina “26”ya çatdı

Argentina “26”ya çatdı

Argentina millisi məğlubiyyətsiz oyunlar seriyasını 26-ya çatdırıb. Lionel Skaloninin yetirmələri DÇ-2022-nin seçmə oyununda Uruqvaya 1:0 hesabı ilə qalib gəlib.

Bu, hazırda dünyada davam edən millilərin ən uzun məğlubiyyətsizlik seriyasıdır. Dünya rekordu isə 37 matçda uduzmayan İtaliyaya məxsusdur.

Argentina millisini öz rekordundan 3 oyun ayırır. Cənubi amerikalılar tarixinin ən yaxşı seriyasına 1991-93-cü illərdə imza atıb. Həmin vaxt komanda ardıcıl 29 görüşdə uduzmayıb.

ETOPAZ

Əvvəlki yazı

Karridən tarixi göstərici

Növbəti yazı

“Real” Poqbanı gözləyir