Ardıcıl üçüncü dubl
Kriştiano Ronaldo ardıcıl üçüncü oyunda dubla imza atıb. “Əl-Nəsr”in portuqaliyalı ulduzu Səudiyyə Ərəbistanı çempionatının “Al-Adale” ilə görüşündə iki qol vurub.
Portuqaliyalı hər hissədə bir dəfə fərqlənib. Ronaldo bunadək Lüksemburq və Lixtenşteyn yığmaları ilə AVRO-2024-ün seçmə oyunlarında dubl müəllifi olub.
Kriştianonun ardıcıl 3 matçda ən azı 2 qol vurması sonuncu dəfə 2018-ci ilin əvvəlində qeydə alınıb. “Real”da oynayan hücumçu “Eybar”a 2, “Jirona”ya 4, Misir yığmasına 2 top vurub.
Qeyd edək ki, Ronaldonun komandası səfərdə 5:0 hesablı qələbə qazanıb.