Ardıcıl 7-ci qələbə

Ardıcıl 7-ci qələbə

“Mançester Yunayted” qələbə seriyasını 7-yə çatdırıb. Erik Ten Haqın yetirmələri İngiltərə kubokunda “Everton”a qalib gəlib.

3-cü mərhələnin görüşündə “qırmızı şeytanlar” 3:1 hesabı ilə üstün olub. Mançesterlilər noyabrın 10-dan sonra rəsmi matçlarda uduzmur.

Bu müddətdə komanda “Aston Villa”ya 4:2, “Fulhem”ə 2:1, “Bernli”yə 2:0, “Nottinhem Forest”ə 3:0, “Vulverhempton”a 1:0 və “Bornmut”a 3:0 hesabı ilə də qalib gəlib.

Növbəti oyununu Liqa kubokunda “Çarlton”a qarşı keçirəcək Ten Haqın yetirmələri ardınca “Mançester Siti” ilə çempionat matçına çıxacaq.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”da itki

Növbəti yazı

Rulli rəsmən “Ayaks”da