Ardıcıl 3-cü qələbə

Ardıcıl 3-cü qələbə

“Yuta” NBA-nın müntəzəm çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb. Evdə “Denver”lə qarşılaşan “Cazz” 122:110 hesabı ilə qalib gəlib.

Bu qələbəyə Rudi Qober 23, Donavan Mitçell 22, Cordan Klarkson 19 xalla töhfə verib. Keçirdiyi hər üç matçda qalib gələn “Yuta” növbəti oyununa səfərdə çıxacaq.

“Cazz”ın rəqibi “Hyuston” olacaq. Bu qarşılaşma oktyabrın 29-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Radukanudan ilk

Növbəti yazı

“Barselona”nın əsas namizədi