Ardıcıl 3-cü çempionluq

Ardıcıl 3-cü çempionluq

KONKAKAF Millətlər Liqasına yekun vurulub. Final görüşündə ABŞ və Meksika milli komandaları üz-üzə gəliblər.

Matç amerikalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Tayler Adams və Covanni Reyna vurub.

Bu, ABŞ millisinin ardıcıl 3-cü çempionluğudur. Üç dəfə keçirilən turnirdə yalnız amerikalılar çempionluq yaşayıb.

Bürünc medal uğrunda qarşılaşmada isə Yamayka Panamanı 1:0 hesabı ilə məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

Araz Abdullayev “Zirə”də

Növbəti yazı

Skolarini “Barselona”nın sabiq futbolçusu əvəzlədi