Ardıcıl 18 geymdə məğlubiyyət
Metsdə təşkil olunan kişi tennisçilərin turniri nadir hadisə ilə diqqət çəkib. Bernabe Sapata Miralles ardıcıl 18 geymdə uduzub.
O, yarışın 1-ci mərhələsində Holger Rune önündə aciz qalıb – 0:6, 0:6. Sapata təsnifat mərhələsinin finalında da son setdə 0:6 hesabı ilə məğlub olub.
İspaniyalı karyerasında ikinci dəfə oyunu geym qazanmadan uduzur. Miralles 2019-cu ildə Braqada eyni aqibəti yaşayıb.