Ardıcıl 10-cu qələbə
“Bavariya” bütün turnirlər nəzərə alınmaqla ardıcıl 10-cu qələbəsini qazanıb. Münhen təmsilçisi Bundesliqada “Şalke”ni məğlub edib – 2:0.
Yulian Naqelsmannın yetirmələri bundan əvvəlki 9 matçda da qalib gəlib. “Bavariya” bu 10 görüşdə 38 qol vurub. Münhenlilər seriya müddətində 9 top buraxıb.