“Araz-Naxçıvan”dan ev qələbəsi
Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçirilir. “Araz-Naxçıvan” “Sabah”ı qəbul edib.
Görüş qarşılıqlı hücumlarla başlayıb. Meydan sahiblərinin fəallığı özünü ilk hissənin sonlarında göstərib. Cinah ötürməsinə tərs toxunuş edən Boyan Letiç avtoqol müəllifi olub. İkinci yarı da eyni ssenari ilə keçib. Turan Manafov cərimə zərbəsindən baxımlı qola imza atıb – 2:0. Tərəflərin səylərinə baxmayaraq, matçda hesab dəyişməyib.