“Araz-Naxçıvan”da kütləvi ayrılıq

“Araz-Naxçıvan”da kütləvi ayrılıq

“Araz-Naxçıvan” müqaviləsi başa çatan bir neçə futbolçu ilə yollarını ayırıb. Premyer Liqa təmsilçisi icarə müqaviləsi başa çatan Abdulla Rzayev və İlqar Alekperovu “Sabah”ın düşərgəsinə yola salıb.

Həmçinin Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Zamiq Əliyev, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Mohammed Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyevlə isə yeni anlaşma imzalanmayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan”da hələlik yeni mövsümdə Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Miço Küzmanoviç, Tərlan Əhmədov, Urfan Abbasov, Ülvü İsgəndərov və Ömər Buludovun forma geyinəcəyi dəqiqləşib.

ETOPAZ

Əvvəlki yazı

Di Lorenzo “Yuventus” yolunda

Növbəti yazı

Qara Qarayev ən yaxşı seçildi