Anunobidən rekord
“Toronto”nun basketbolçusu O Diki Anunobi karyerasının rekorduna imza atıb. Müdafiəçi buna “Nyu-York”la oyunda nail olub.
Anunobi bu matçda 36 xal toplayıb. O, komandasının 113:104 hesablı qələbəsində pay sahibi olub.
Basketbolçu meydanda keçirdiyi 41 dəqiqədə 13 dəqiq atışla fərqlənib. Onun aktivində 6 ribaund və 2 ötürmə də var.