Andrade “Qarabağ”da  

Andrade “Qarabağ”da  

“Qarabağ” Leandro Andrade ilə müqavilə imzalayıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

Andrade 15 nömrəli formada çıxış edəcək. “Qarabağ” bunadək Rüstəm Əhmədzadə və Luka Quqeşaşvilini heyətinə qatıb.

ETOPAZ

Əvvəlki yazı

“Sevilya” Karlosu satmadı

Növbəti yazı

20 milyonluq təzminat