Ançelottidən rekord

Ançelottidən rekord

Çempionlar Liqasının qrup mərhələsinin son turunun “Seltik”lə görüşü (5:1) “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub. Belə ki, o, turnirdə ən çox qələbə qazanan mütəxəssis adına yiyələnib.

İtaliyalı mütəxəssis qitənin ən nüfuzlu klub turnirində qalibiyyət sayını 103-ə çatdırıb. Bu göstərici ilə o, turnirdə 102 qələbə qazanmış “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusonu qabaqlayıb.

ETOPAZ

Əvvəlki yazı

Mbappe Messini geridə qoydu

Növbəti yazı

Donçiçdən 60 ilin ən yaxşı göstəricisi