Ançelottidən növbəti rekord

Ançelottidən növbəti rekord

İspaniya La Liqasında 5-ci turun oyunları keçirilir. “Real” “Real Sosyedad”la qarşılaşıb.

Görüş madridlilərin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Bununla da, madridlilərin məğlubiyyətsiz oyunlar seriyası 32 matça çatıb.

“Kral klubu” sonuncu dəfə yanvarda İspaniya Kral Kubokunda “Atletiko”ya yenilib – 1:0. Bu nailiyyət Karlo Ançelottinin məşqçilik karyerasında ən yaxşı göstəricidir.

Qeyd edək ki, italiyalı mütəxəssisin əvvəlki rekordu 31 oyun olub. O, həmin rekorda da “Real”da imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Milan”dan darmadağın

Növbəti yazı

“Formula 2″nin qalibi bəlli olub