Ançelottidən komandaya mükafat

Ançelottidən komandaya mükafat

İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Barselona”nı darmadağın edən “Real”ın futbolçuları gözlənilməz hadisə ilə üzləşib. Onlar baş məşqçi Karlo Ançelotti tərəfindən mükafatlandırılıb.

İtaliyalı mütəxəssis matçdan sonra oyunçulara bir günlük istirahət verib. Ançelotti mövsümün sonundakı sıxlıq üzündən məşqlərə ara verilmədiyi vaxt belə addım atıb.

O, bu qərarını qarşılaşmadan sonra futbolçular önündə açıqlayıb. “Real”ın üzvləri bu xüsusi mükafatı alqışlarla qarşılayıb.

Qeyd edək ki, evdə 0:1 hesabı ilə uduzan madridlilər 60 ildən sonra “Nou Kamp”da 4 qol vurmağı bacarıb. Kərim Benzema üç, Vinisius Junior bir dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

PSJ-dən futbolçulara xəbərdarlıq

Növbəti yazı

“Torino”da 2 ayrılıq