Amrabat İngiltərədə qalacaq

Amrabat İngiltərədə qalacaq

“Mançester Yunayted” Sofyan Amrabatla bağlı qərarını verib. Klub “Fiorentina”dan icarəyə götürdüyü yarımmüdafiəçini heyətində saxlamaq istəyir.

Mərakeşli komandada oyun praktikasının azlığından narazıdır. Bu səbəbdən onun vaxtından əvvəl Florensiyaya qayıda biləcəyi ilə bağlı söz-söhbətlər yayılıb.

Lakin “Mançester Yunayted” yanvarda Amrabatla yollarını ayırmaq istəmir. Futbolçu yaxın günlərdə Afrika Kubokuna yollanacaq, bundan sonra “Yunayted”ə qayıdacaq və mövsümü başa vuracaq.

ETOPAZ

Əvvəlki yazı

Elneni Türkiyə yolunda

Növbəti yazı

Brasye “Milan”ın hədəfində