Amavi La Liqa yolunda
“Marsel”in futbolçusu Cordan Amavi La Liqa klubuna keçməyə yaxındır. Müdafiəçi “Xetafe” ilə danışıqlar aparır.
Fransa klubu oyunçunu satmağın əleyhinə deyil. Ötən mövsümün ikinci yarısını “Nitsa”da icarədə olan Amavi özünə yeni klub axtarır. Bu üzdən “Xefafe” variantına üstünlük verir.
Müdafiəçinin “Olimpiakos”a keçidi gözlənilirdi. Lakin Avropa Liqasında “Qarabağ”a rəqib olan Yunanıstan klubu ilə ilkin razılığa baxmayaraq, keçid reallaşmayıb.