Alvesin məhkəməsi payızda baş tutacaq
Dani Alvesin məhkəməsinin vaxtı bəlli olub. Təcavüzdə ittiham edilən braziliyalı futbolçumüdafiəçi payızda hakim qarşısına çıxacaq.
Dəqiq tarix açıqlanmasa da, məhkəmənin oktyabr-noyabr aylarında baş tutacağı gözlənilir.
Futbolçu 2022-ci ilin dekabrın sonunda Barselonadakı gecə klubunda baş verdiyi güman edilən cinsi təcavüzdə ittiham olunur. Braziliyalının günahı sübuta yetirilərsə, onu 6 ildən 12 ilə qədər həbs cəzası gözləyir