Alvares Peledən sonra ikinci oldu
Argentina millisi dünya çempionatının yarımfinalında Xorvatiyanı məğlub edib – 3:0. Görüş cənubi amerikalıların hücumçusu Xulian Alvares üçün əlamətdar olub.
O, matçda dubl müəllifi olub. Bununla da, forvard Peledən (17 yaş 249 gün, 1958) sonra yarımfinal və ya finalında iki qol vuran ən gənc oyunçu (22 yaş 316 gün) olub.