Almaniyada iki ciddi itki
Almaniya millisi ciddi itkilərlə üzləşib. Bundestim Manuel Noyer və Leon Qoretskanın xidmətindən məhrum olub.
Futbolçuların koronavirus testi müsbət nəticə verib. Yığmanın düşərgəsində yoluxan oyunçular təcrid olunub.
Onlar komandadan ayrılıb. Əvəzində “Hoffenhaym”ın qapıçısı Oliver Baumann milliyə çağırılıb.