Alleqri “Yuventus”da qalacaq

Alleqri “Yuventus”da qalacaq

Çempionlar Liqasının startındakı iki məğlubiyyətdən sonra istefası gündəmə gələn Massimiliano Alleqri “Yuventus”da işinə davam edəcək. İtaliya klubu nəticələrdən narazı olsa da, mütəxəssislə yollarını ayıra bilmir.

Buna səbəb Alleqriyə ödənməli olan təzminatdır. 55 yaşlı italiyalının illik maaşı 9 milyon avrodur. Onunla müqavilə isə 2025-ci ilin yayında başa çatacaq. Baş məşqçi vaxtından əvvəl göndərilsə, anlaşma ilə ona çatmalı olan bütün vəsait ödənilməlidir.

Qeyd edək ki, “Yuventus” ilk iki turda PSJ və “Benfika”ya eyni – 1:2 hesabı ilə uduzub. A seriyasının 6 oyununda 10 xal toplayan komanda 8-cidir.

ETOPAZ

Əvvəlki yazı

Prezidentdən “Qarabağ” – “Nant” matçı ilə bağlı paylaşım

Növbəti yazı

Artur “Yuventus”a dönə bilər