Alkaras 1/4 finalda uduzdu
“Australia Open”də yarımfinalçılar bəlli olub. Favoritlərdən sayılan Karlos Alkaras mübarizəni erkən dayandırıb.
İspaniyalı tennisçi 1/4 finalda Almaniyanı təmsil edən Aleksandr Zverevə uduzub. Oyun 3:1 (6:1, 6:3, 6:7 (2:7), 6:4) hesabı ilə yekunlaşıb. Mərhələnin digər görüşü daha gərgin alıb. Rusiyalı Daniil Medvedyev 5 setin yekununda polşalı Hubert Hurkaça qalib gəlib – 3:2 (7:6 (7:4), 2:6, 6:3, 5:7, 6:4).
Qeyd edək ki, yarımfinalda Novak Cokoviç-Yannik Sinner və Aleksandr Zverev-Daniil Medvedyev görüşləri baş tutacaq.