Alkantara millidən ayrıldı
İspaniya millisi itki ilə üzləşib. Pireneylilər Tyaqo Alkantaranın xidmətindən məhrum olub.
Təcrübəli yarımmüdafiəçi iyunda keçiriləcək oyunları buraxacaq. “Liverpul”un 31 yaşlı futbolçusu zədə üzündən millinin düşərgəsini tərk etməli olub.
Qeyd edək ki, İspaniya yığması bu gün Portuqaliya, iyunun 5-də və 12-də Çexiya, 9-da İsveçrə ilə qarşılaşacaq.