Alkantara meydana qayıdır
İngiltərə təmsilçisi “Liverpul”un futbolçusu Tyaqo Alkantara zədəsini sağaldıb. İspaniyalı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə başlayıb.
O, bunadək bir müddət kənarda qalmışdı. Tyaqo artıq növbəti matçda komandasına kömək edə bilər. “Liverpul” fevralın 6-da “Kardiff”lə kubok matçına çıxacaq. Alkantara 2020-ci ildən “Liverpul”da oynayır.