Alaba Avstriyaya yollandı
La Liqanın 17-ci turunun “Vilyarreal”la (4:1) matçında sol dizinin ön çarpaz bağlarından zədə alan “Real”ın müdafiəçisi David Alabanın durumunda yenilik var. O, bərpa prosesini davam etdirmək üçün Avstriyaya gedib.
31 yaşlı futbolçu bunu klubun icazəsi və əməliyyatdan bir ay sonra bərpa prosesini öz ölkəsində keçirmək niyyəti ilə edib. Bununla belə, “Real”ın həkimlər korpusu fevralın ortalarına qədər Avstriyada qalacaq oyunçunun durumunu izləyəcək.