Akapulkoda rekord iki dəfə yeniləndi
Akapulkoda “ATP 500” turnirinin ilk turu keçirilir. İlk tur çərçivəsində turnir tarixinin ən uzun matçı rekordu iki dəfə yenilənib.
Con İsner Fernando Verdaskoya qalib gəlib – 7:5, 6:7, 7:6. Həlledici setdə 2:5 hesabı ilə qalib gələn İsner servisdə matç xallarını qazanıb. Nəticədə 3 saat 13 dəqiqə davam edən qarşılaşma turnir tarixinin ən uzun matçı olub.
Ardından növbəti görüş baş tutub. Stefan Kozlov və Qriqor Dimitrov mərkəzi kortda yerlərini tutub. Amerikalı qalib gəlib – 7:6, 5:7, 6:3. Bu qələbə ilə yeni qırılmış olan rekordu yeniləyib. Onların görüşü 3 saat 21 dəqiqə davam edib.