Agenti Neymara klub tapdı

Agenti Neymara klub tapdı

PSJ-nin hücumçusu Neymar karyerasını “Barselona”da davam etdirə bilər. Fransa klubu ispaniyalılara braziliyalını almağı təklif edib.

Paris təmsilçisi cənubi amerikalı üçün 50 milyon avro istəyir. Danışıqlarda vasitəçi rolunu tanınmış futbol agenti Pini Zahavi oynayır. PSJ hətta transfer qiymətini müzakirə edərək aşağı salmağa da razıdır.

30 yaşlı forvard da “Barselona”ya qayıtmağın əleyhinə deyil. Kataloniya klubu bu transferdə maraqlı olmasa da, Joan Laporta ilə Zahavi arasında münasibətlərin istiliyi keçidə təsir edə bilər. Neymar ötən mövsümün 28 oyununda 13 qol və 8 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Kepaya “Nitsa”dan təklif

Növbəti yazı

“Lids” PSV-dən hücumçu alır