AFFA nümayəndəsi Konfrans Liqasında

AFFA nümayəndəsi Konfrans Liqasında

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev 2024/25-ci illər mövsümündə ilk təyinatını alıb. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

O, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də keçiriləcək “Tikveş” (Şimali Makedoniya) – “Breydablik” (İslandiya) görüşünün hakim-inspektoru olacaq.

Skopye şəhərində yerləşən “Todor Proeski” stadionunda keçiriləcək matçı lüksemburqlu baş hakim Ceremi Muller idarə edəcək.

ETOPAZ

Əvvəlki yazı

Türkiyə Avstriyaya qarşı

Növbəti yazı

Bonuççi milliyə dönə bilər