AFFA-nın yeni prezidenti: “Gənc istedadların formalaşmasına kömək etməliyik”

AFFA-nın yeni prezidenti: “Gənc istedadların formalaşmasına kömək etməliyik”

AFFA-nın prezidenti bəlli olub. Bu posta Rövşən Nəcəf təyin edilib.
Qurum rəsmisi təyinatla bağlı danışıb:

“Azərbaycan idman ölkəsidir. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə qazandığı uğurlar buna dəlalət edir. Bunun üçün çiyin-çiyinə çalışmalıyıq. Hər kəs əl-ələ verib Azərbaycan futbolunu daha yaxşı səviyyəyə çatması üçün çalışmalıdır. Hədəflərimizi müəyyənləşdirməliyik. Bunun hazırlanması üçün ölçülə bilən göstəricilərlə çalışmalıyıq. Uşaq futbolunun inkişafına, gənc istedadların formalaşmasına kömək etməliyik. Həmçinin, azarkeşlərin stadionlara cəlb edilməsi, futbolun populyarlığına nail olmalıyıq. Bu istiqamətdə də birlikdə çalışacağıq. Qadın futbolunun inkişafı üçün də, uğurlu çıxışların davamlı olması üçün işlər görəcəyik. Ölkəmizdə futbola maraq böyükdür. Bu marağı biz azarkeşlərin sayında da görmək istərdik. Bütün bunlar bir günün işi deyil, zaman, zəhmət və səbrin nəticəsidir. Kişilərdən ibarət yığmanın FİFA-dakı mövqeyi heç birimizi qane etmir”

ETOPAZ

Əvvəlki yazı

AFFA-nın İcraiyyə Komitəsinin yeni üzvləri müəyyənləşdi

Növbəti yazı

Baş katib bəlli oldu