“Adana Dəmirspor”da ayrılıq

“Adana Dəmirspor”da ayrılıq

“Adana Dəmirspor”da ayrılıq baş verib. Klubdan verilən açıqlamada Younis Belhanda ilə müqavilənin ləğv olunduğu bildirilir.

33 yaşlı yarımmüdafiəçi ilə keçirilən görüşlər sonunda Adana təmsilçisi bu addımı atıb. Mərakeş  millisinin də formasını geyinən orta xətt oyunçusunun xüsusilə son dövrlərdəki davranışı klub daxilində narazılıqla qarşılanırdı. 2021-ci ildən “Adana Dəmirspor” klubunda çıxış edən Belhanda bu mövsüm 20 matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

21-ci əsrdə 6-cı dəfə

Növbəti yazı

“Borussiya”da yeni çalışdırıcı