Qolsuz seriya

Qolsuz seriya

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun qol həsrəti davam edir. Ulduz hücumçu ardıcıl 4 oyundur qol vura bilmir.

Bu gün 37 yaşını qeyd edən portuqaliyalı İngiltərə kubokunun “Midlsbro” ilə matçında da meydandan qolsuz ayrılıb. 1:1 hesabı ilə başa çatan görüşün ilk 45 dəqiqəsində penaltidən yararlana bilməyən forvard oyunsonrası seriyada fərqlənə bilib. Lakin onun komandası 7:8 hesabı ilə uduzub.

Ronaldo sonuncu dəfə dekabrın 30-da “Bernli” ilə Premyer Liqa matçında fərqlənib. O, 3:1 hesablı qələbədən sonra qol vura bilməyib.

ETOPAZ

Əvvəlki yazı

Kalyexona 2 illik müqavilə təklifi

Növbəti yazı

Simeonenin istədiyi müdafiəçi