Abramoviç “Çelsi”dən getdi

Abramoviç “Çelsi”dən getdi

“Çelsi”nin sahibi Roman Abramoviç klub rəhbərliyi ilə bağlı rəsmi bəyanat yayıb. Rusiyalı iş adamı klubun idarəçiliyini qurumun xeyriyyə fondunun qəyyumlarına təhvil vermək qərarına gəldiyini bildirib:

“Çelsi”yə sahib olduğum təxminən 20 il ərzində mən həmişə klubdakı roluma bir növ qəyyum kimi baxmışam. Hansı ki onun işi bu gün mümkün olduğu qədər uğurlu olmağımızı təmin etmək və həmçinin ictimaiyyət arasında müsbət rol oynayaraq gələcəyi yaratmaqdır. Mən həmişə klubun maraqlarını nəzərə alaraq qərarlar vermişəm. Mən bu dəyərlərə sadiq qalıram. Buna görə də bu gün mən “Çelsi”nin rəhbərliyini və qayğısını “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil verirəm. İnanıram ki, onlar hazırda klubun, oyunçuların, heyətin və azarkeşlərin maraqlarını təmin etmək üçün ən yaxşı vəziyyətdədirlər”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi hücumundan sonra Abramoviçin İngiltərəyə girişinə qadağa qoyulub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 27.02.2022

Növbəti yazı

Firmino finalda oynamayacaq