A seriyasında təyinat

A seriyasında təyinat

İtaliyanın “Salernitana” klubunun yeni baş məşqçisi müəyyənləşib. Bunu A seriyası təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bu vəzifəyə Paulu Souza təyin edilib. 52 yaşlı portuqaliyalı mütəxəssisin son iş yeri Polşa yığması olub.

A seriyasının 16-cı pilləsində qərarlaşan komanda elitada qalmaq üçün mübarizə aparır. Uğursuz nəticələr üzündən “Salernitana” bir müddət əvvəl Davide Nikola ilə vidalaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Borussiya” və “Benfika”dan qələbə

Növbəti yazı

Haland Aqueroya çatdı