A seriyasında baş məşqçi istefası

A seriyasında baş məşqçi istefası

İtaliya A seriyasında baş məşqçi istefası gerçəkləşib. “Verona” Eusebio di Françesko ilə yollarını ayırıb. Baş məşqçi uğursuz nəticələr üzündən istefaya göndərilib. İlk üç turda uduzan veronalılar baş məşqçi ilə vidalaşmağa qərar verib. İyunda komandanın “sükanı arxası”na keçən mütəxəssis postunda 3 ay qalıb.

Xatırladaq ki, “Verona” üç turdan sonra turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

WTA yekun turnirinin yerini dəyişdi

Növbəti yazı

“Qarabağ” – “Bazel” oyununun hakimləri açıqlandı