A qrupunda mübarizə başa çatdı

A qrupunda mübarizə başa çatdı

Dünya çempionatında qrup mərhələsinin son turuna start verilib. Qətər Niderlandla, Ekvador Seneqalla qarşılaşıb.

Avropalılar meydan sahibləri ilə matça fəal başlayıb. Hesabı 26-cı dəqiqədə Kodi Qakpo açıb. “Portağallar” ikinci hissədə daha bir dəfə fərqlənib. 49-cu dəqiqədə Frenki de Yonq oyunda yekun nəticəni müəyyənləşdirib – 2:0.

Qrupun digər matçı isə bərabər tempdə start götürüb. Hər iki komanda qələbə üçün mübarizə apardığını ilk dəqiqələrdən göstərib. İlk yarının sonlarında İsmailla Sarr penaltini dəqiq yerinə yetirərək Seneqalı hesabda önə çıxarıb. Ekvadorun buna cavabı 68-ci dəqiqədə gəlib. Moyzes Kaysedo fərqlənib – 1:1. Lakin 70-ci dəqiqədə Kalido Kulibali qol vuraraq afrikalıları 1/8 finala daşıyıb – 2:1.

Bununla da, A qrupundan 1/8 finala Niderland və Seneqal milliləri çıxıb.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”dan qələbə, Sumqayıtda bərabərlik

Növbəti yazı

Niderlanddan rekord