Sürpriz kupon – 21.09.2024

Sürpriz kupon – 21.09.2024

Kristal Pelas – Mançester Yunayted  Cüt şans X2

Qonaqlar mövsümə yaxşı başlamasalar da, son turda “Sauthempton” üzərində 3:0, həftə içi Liqa Kubokunda isə “Barnsli”yə qarşı 7:0 hesabı ilə çox inamlı qələbələr qazandılar. Sanki, özlərinə gəlməyə başlayıblar. “Qırmızı şeytanlar” ötən mövsüm 2 məğlubiyyətin revanşını almaq üçün əllərindən gələni edəcəklər və düşünürəm ki, məğlub olmayacaqlar.

Haydenhaym – Frayburq  Qol/Qol

Bu matçın məhsuldar keçməsi üçün bütün əsaslar var. Hər iki komanda evdə də, səfərdə də qol vurmağı bacarır. Keçən mövsüm hər iki oyunda bir-birinə qol vurmaq bacarığını nümayiş etdirmişdilər. Bu statistikaları nəzərə alsaq, hər iki komandanın bu matçda qol vuracağına mərc etmək ağıllı seçim kimi görünür.

Aston Villa – Vulverhempton  1

“Aston Villa” hazırda əla formadadır və 4 oyundan sonra 3 qələbə ilə turnir cədvəlində 5-ci yerdədir. Bunun əksinə olaraq, “Vulverhempton” böhran içindədir, aktivlərində yalnız 1 xal və məğlubiyyətlər var. Fikrimcə, qonaqlar bu səfərdən də əliboş dönəcəklər.

Mr. V

Əvvəlki yazı

Günün kuponu – 21.09.2024

Növbəti yazı

Avstraliya millisində ayrılıq