AFFA rəsmisi UEFA konfransında iştirak edib

AFFA rəsmisi UEFA konfransında iştirak edib

AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə Almaniyanın paytaxtı Berlində baş tutan UEFA-nın 14-cü Konfransında iştirak edib. Bunu qurumun mətbuat xidməti açıqlayıb.

Milli komandaların məşqçiləri və texniki direktorlarının iştirakı ilə keçirilən konfransda bu il Almaniyada təşkil edilən Avropa çempionatının texniki təhlili aparılıb, gənc futbolçuların əsas yığmalara yüksəlmək üçün inkişaf yolu müzakirə olunub.

Həmçinin Təhsil və İnkişaf Strategiyası mövzusunda “work shop” keçirilib.

ETOPAZ

Əvvəlki yazı

Modriç 3-cü pillədə

Növbəti yazı

”Kəpəz”dən növbəti transfer