Günün kuponu – 15.09.2024

Günün kuponu – 15.09.2024

Atalanta – Fiorentina 2,5 ÜST

Çempionlar Liqasında mübarizə aparan “Atalanta” A Seriyasında da iddialıdır. Amma berqamolular üçün başlanğıc heç də yaxşı olmayıb. 3 oyunda cəmi 1 qələbə. “Fiorentina” isə 3 turda 3 heç-heçəyə razılaşıb. 3 oyuna 3 qol vuran qonaqların bu matçda da fərqlənəcəyini düşünürəm. Məncə “Atalanta” da meydanı qolsuz tərk etməyəcək. Bu matçda ən azı 3 qolun vurulacağını ehtimal edirəm.

Kasımpaşa – Fənərbaxça 2

Çempionluğu hədəfləyən “Fənərbaxça” “Kasımpaşa” səfərində də qələbə qazanmağa çalışacaq. Mourinyonun komandasının “Kasımpaşa” ilə matçda rahat qələbə qazanacağı qənaətindəyəm.

Atletiko Madrid – Valensiya QOL/QOL

İspaniya La Liqasında günün ən maraqlı oyunlarından birində qol vurmağı yaxşı bacaran iki komanda üz-üzə gələcək. “Atletiko” bu görüşün favoritidir. Amma “Valensiya”nın da sürpriz edəcək gücü var. Məncə bu görüş üçün ən uyğun seçim qol-qol seçimi olar.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Formula 1”də 3-cü sərbəst yürüş başa çatdı

Növbəti yazı

Sürpriz kupon – 15.09.2024