“Milan”da ciddi itki

“Milan”da ciddi itki

“Milan”da ciddi itki baş verib. Komandanın yarımmüdafiəçi İsmael Bennaser zədələnib.

Bunu klubun mətbuat xidməti açıqlayıb. 26 yaşlı futbolçu Əlcəzair millisinin düşərgəsində sıradan çıxıb.

O, ötən gün növbəti dəfə tibbi müayinədən keçib. Sağ ayağının baldır əzələsindən ciddi zədə alan futbolçunun ən tezi gələn ilin yanvar ayından sıraya dönəcəyi gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

“Real”ın futbolçuları zədədən döndülər

Növbəti yazı

”Kəpəz”də ayrılıq