Emin Mahmudov: “Qalib gəlmək istəyirik”

Emin Mahmudov: “Qalib gəlmək istəyirik”

Sabah Azərbaycan millisi növbəti matçını keçirəcək. Millətlər Liqasında rəqib İsveç yığması olacaq.

Görüşdən öncə komandamızın kapitanı Emin Mahmudov mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:

“Sabah bizi çox yaxşı komandaya qarşı matç gözləyir. Yaxşı oyun göstərməyə çalışacağıq. Bilirik ki, yaxşı futbolçuları var. Bizim məqsədimiz var. Qalib gəlmək istəyirik. İsveçə qarşı son oyun karyeramın ən yaxşı matçlarından biri oldu. Komandaya kömək edəcəm. Allah qoysa, yaxşı oynayarıq.

ETOPAZ

Əvvəlki yazı

Fernandu Santuş: “Komandada istək görürəm”

Növbəti yazı

Mats Hummels “Roma”da