Suarez millidəki karyerasını bitirdi

Suarez millidəki karyerasını bitirdi

“İnter Mayami”nin uruqvaylı futbolçusu Luis Suarez millidəki karyerasını başa vurub. 37 yaşlı futbolçu bu barədə mətbuata açıqlamasında məlumat verib:

“Bu addımı düşündüm. Məncə, bu, ən uyğunudur. Son oyunumu rahat, yüngül oynamaq istəyirəm. Mən meydançaya çıxıb 2007-ci ildə olduğu kimi oynayacam”.

Onun millidəki son oyunu sentyabrın 7-də Paraqvay millisinə qarşı olacaq. 

Qeyd edək ki, Suarez Uruqvay millisində 137 oyun keçirib. O, yığmanın heyətində 68 qol vurub, 39 məhsuldar ötürmə edib. 2011-ci ildə millinin tərkibində Amerika Kubokunun qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

Aktürkoğlu “Benfika”da

Növbəti yazı

“Zirə”dən növbəti transfer